İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri Hörmüz boğazında iki gəmini saxlayıb.
Doğru.az xəbər verir ki, qurum “ağıllı monitorinq sistemləri” vasitəsilə qaydaları pozduğu iddia edilən gəmiləri müəyyən edərək dayandırdığını açıqlayıb.
Məlumata görə, İsraillə əlaqəli olduğu bildirilən MSC Francesca konteyner gəmisi və Epaminondas saxlanılıb. Bildirilir ki, sonuncu gəmi naviqasiya avadanlıqlarına qəsdən müdaxilə edərək boğazdan çıxmağa cəhd edib.
Bundan əvvəl Pentaqonun Mərkəzi Komandanlığı ABŞ Silahlı Qüvvələrinin İranın mümkün dəniz blokadası fonunda bölgəyə 37 gəmi yerləşdirdiyini açıqlamışdı. ABŞ prezidenti Donald Tramp isə İran razılığa gələnə qədər Hörmüz boğazının bağlı qalacağını bildirib.
DOĞRU.AZ