AZ

Paşinyana da “Sülh və Barışıq üçün Gernika mükafatı” verilib

Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevə Sülh və Barışıq üzrə Gernika mükafatı təqdim edilib.

Redaktor.az xəbər verir ki, bu beynəlxalq mükafat 1937-ci ildə İspaniyanın Gernika şəhərinin bombalanmasının xatirəsinə təsis edilib.

Diplomatik missiyanın sosial media səhifəsinə istinadən verilən məlumata görə, mərasimdə Ermənistan tərəfindən İspaniyadakı səfir Sos Avetisyan iştirak edib.

Qeyd olunub ki, mükafat sülhün möhkəmləndirilməsi, dialoqun təşviqi və münaqişədən sonrakı barışıq səyləri sahəsindəki nailiyyətlərə görə təqdim olunur.

Bu, Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevə bu il verilən ikinci beynəlxalq mükafatdır. 2026-cı ilin fevral ayında hər ikisi Əbu-Dabidə İnsan Qardaşlığı üzrə Zayed Mükafatına layiq görülüblər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr