AZ

Xabi Alonso: “Özümə və komandama arxayınam”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasında bu gün “Atalanta”ya qarşı keçirdikləri final oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandasına inandığını bildirib:

“Həm oyunçu, həm də məşqçi kimi avrokuboklarda final oynamaq fərqli hisslərdir. Bacarığıma və komandama arxayınam. Bütün oyunlara olduğu kimi bu matça da ciddi hazırlaşacağıq. 51 oyundur, uduzmuruq və uşaqlar müxtəlif situasiyalara uyğunlaşmağı bacarırlar.

“Atalanta” son illərdə İtaliya futbolundə sözünü deyən komandalardandır. Buna baxmayaraq, Almaniyada bu tip komandalara qarşı oyunlarımız olub. Matçda taktika, intellekt və mentalitet lazım olacaq”.

Bu gün keçiriləcək “Atalanta” – “Bayer” oyununa saat 23:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
futbolpress.az

1Mənbələr