Misli Premyer Liqasında 29-cu tur davam edir.
QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Kəpəz" (4:1), 2-ci dövrənin matçında isə "Şamaxı" (2:0) qalib gəlib.
Günün ikinci matçında isə "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edir. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.
Bugünkü görüş "Qarabağ" üçün 2-ci pillədəki mövqeyini möhkəmləndirmək, "Neftçi" üçün isə "Zirə"ni qabaqlayaraq 4-cü yerə yüksəlmək baxımından əhəmiyyətlidir.
26 aprel (bazar)
Misli Premyer Liqası, 29-cu tur
19:00 "Neftçi" – "Qarabağ" - 1:1 (Birinci hissə)
Qol: Musa Qurbanlı, 9 (0:1), Elvin Bədəlov, 20 (1:1)
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”
16:00 "Şamaxı" – "Kəpəz" - 2:0
Qol: Rikardo Apolinario, 68, Andrey Tirkoveanu, 75
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
25 aprel (şənbə)
“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1
“İmişli” - “Sumqayıt” - 0:2
27 aprel (bazar ertəsi)
18:00. “Turan Tovuz” - “Zirə”
20:00. “Sabah” - “Karvan-Yevlax”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol