AZ

Dünyanın ən varlı adamından yeni addım: İlon Mask XChat messencerini istifadəyə verdi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyanın ən zəngin şəxsi İlon Mask texnologiya dünyasında növbəti yeniliyə imza atıb. Demokrat.az xəbər verir ki, milyarder "XChat" adlı yeni messencerini istifadəçilərin ixtiyarına verib.Hazırda tətbiqi "App Store" platforması üzərindən yükləmək mümkündür. Lakin messencerin "Android" versiyasının nə zaman təqdim olunacağı barədə hələlik rəsmi məlumat verilməyib."XChat" hansı üstünlüklərə malikdir?Tətbiqin təsvirinə əsasən, "XChat" istifadəçilərin təhlükəsizliyi və rahatlığı üçün bir sıra funksiyalar vəd edir:Ucdan-uca şifrələmə: Mesajların məxfiliyini tam təmin edir.Redaktə və silmə: Göndərilən yazışmaları redaktə etmək və ya tamamilə silmək mümkündür.Ekran görüntüsü qadağası: Məxfiliyi qorumaq məqsədilə qarşı tərəfin "screenshot" almasına icazə verilmir.İtən mesajlar və qrup çatları: Müəyyən müddətdən sonra silinən mesajlar və geniş qrup söhbətləri funksiyası mövcuddur.Reklamsız interfeys: Messencerdə heç bir reklamın olmayacağı xüsusi vurğulanır.Qeyd edək ki, "XChat"dan istifadə etmək üçün sadəcə tətbiqi yükləmək kifayət deyil. İstifadəçilərin mütləq "X" (keçmiş Twitter) sosial şəbəkəsində hesabı olmalıdır. Yalnız "X" platformasında qeydiyyatdan keçmiş şəxslər bu messencerdən yararlana biləcəklər.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr