BAKI, 26 aprel. TELEQRAF
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 27-28 aprel tarixlərində Fransaya rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə rəsmi məlumatda bildirilir.
Səfər çərçivəsində Mirzoyanın Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşü planlaşdırılır.
Parisdə həmçinin Ermənistan Respublikasının yeni səfirlik binasının açılış mərasimi keçiriləcək. Bundan başqa, Avropa ölkələrində akkreditə olunmuş səfirlərin müşavirəsinin təşkili də nəzərdə tutulur.