AZ

Azər Bağırov: “Kim nə iş görür, bilmirəm”

Apasport saytına istinadən ain.az xəbər verir.

“Kəpəz” Misli Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə “Şamaxı”ya 0:2 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"Dörd turdur ki, məğlub olmaq komandanı pis duruma salıb. Bu gün qələbə istəyirdik. Sadəcə diqqətsizlik qolla nəticələnir. "Şamaxı"nı təbrik edirəm. İkinci hissədə biz daha üstün idik. Qol da vurduq. Şakir Seyidovun top itkisindən sonra qapımıza qolla nəticələndi. Orta xətdə səhv etməməli olduğumuzu demişdik. Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq".

- Kənardan görünür ki, müəyyən təzyiqlər var. Nə baş verir komandada? Rəhbərliyin dəstəyini hiss edirsiz?

- Hər şeyi görən Allahdır. İşimi vicdanla görməyə çalışıram. Kimin arxada nə iş görməsi, məşqçi olaraq mənim düşüncəmdə zərrə qədər yoxdur. Kim nə iş görür, bilmirəm. Hər kəs cavabını gec-tez alacaq. Mənim üçün Allah yetərdir. Rəhbərliyin dəstəyini hiss edirəm. Komandanın içində olublar, komandaya motivasiyasını da verib.

- I Liqanın 2-ci yeri tutan komandası ilə qarşılaşacaqsız...

- Qarşıda 4 tur var və pley-off haqda fikirləşmək istəmirəm.

Millimizin üzvü Qazaxıstan klubunda

Şamaxıda heyətlər bəlli oldu

“Neftçi” - “Qarabağ” matçının hakimləri bəlli oldu

Kaxaber Tsxadadze: “Olduğumuz yerə layiq deyilik”

Andrey Demçenko: “Bu, bizdə alınmır”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
7
apasport.az

9Mənbələr