AZ

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Moskvada kişi elit daşınmaz əmlakın satış ofisinin əməkdaşına bıçaqla hücum edib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin qərbində yerləşən tikinti şirkətinin satış ofisində baş verib.

Hücum nəticəsində 36 yaşlı qadın həyatını itirib.

Rusiya İstintaq Komitəsinin əməkdaşları polis ilə birlikdə cinayəti qısa müddətdə açıb. Şübhəli şəxs kimi 43 yaşlı Moskva sakini saxlanılıb. Bildirilir ki, o, ölən qadını tanımayıb.
 

Müşahidə kameralarının görüntülərinə əsasən, kişi tikinti şirkətinin kiçik ofisinə daxil olub və masa arxasında oturan qadına bıçaqla zərbələr endirməyə başlayıb.


Daha sonra o, ağır yaralı qadını yerdə qoyaraq hadisə yerindən qaçıb və parkda gizlənib. Hüquq-mühafizə orqanları onu həmin ərazidə saxlayıblar.

Dindirilmə zamanı şübhəli şəxs bildirib ki, evinin pəncərələri qarşısında bir neçə aydır aparılan yeni yaşayış kompleksinin tikintisi ona mane olurmuş. Onun sözlərinə görə, əsəbiləşərək “narahatlığına görə şirkətin istənilən əməkdaşından qisas almaq” qərarına gəlib, bıçaq götürərək satış ofisinə gedib.

Şübhəlinin psixoloji-psixiatrik ekspertizaya göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.


Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr