AZ

ABŞ-İran danışıqları diplomatik dalana dirənib

Vaşinqton və Tehran arasında diplomatik kanal faktiki dayanıb, tərəflər arasında dialoq dərin böhran mərhələsinə keçib…

ABŞ və İran arasında birbaşa dialoq ciddi sistemli böhranla üzləşib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.Məlumata görə, Vaşinqton və Tehranı birləşdirən diplomatik kanal faktiki olaraq fəaliyyətini dayandırıb və ikitərəfli danışıqlar prosesi dalana dirənib.

ABŞ-nin yüksək səviyyəli danışıqlar nümayəndələri Cared Kuşner və Stiv Uitkafun İslamabada planlaşdırılan səfərinin ləğvi Ağ Evin yaxın zamanda görüşləri bərpa etməkdə maraqlı olmadığını göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.

İranın xarici işlər naziri Abbas Əraqçinin Oman və Pakistan kimi regional vasitəçilər üzərindən danışıqları canlandırmaq cəhdləri isə hələlik nəticə verməyib. Onun diplomatik səfərləri tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün zəruri zəmin yarada bilməyib.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyi də sərt olaraq qalır. Vaşinqton dəfələrlə bəyan edib ki, İran tərəfindən irəli sürülən “qeyri-müəyyən və nəticəsiz təkliflər” qarşılığında siyasi güzəştlərə getmək niyyətində deyil.

Analitiklər hesab edirlər ki, tərəflər arasında qarşılıqlı etimadsızlıq və regional gərginliklərin artması danışıqların bərpasını daha da çətinləşdirir və hazırkı vəziyyət yaxın perspektivdə dəyişməyə bilər.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr