AZ

Qrossi və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoruRafael Qrossi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski iləgörüş keçirib.

Trend xəbər verir ki, bubarədə Qrossi "X" sosial şəbəkə hesabında yazıb.

Qrossi bildirib ki, Çernobıl faciəsinin 40-cı ildönümündəPrezident Zelenski ilə bir araya gəlmək onun üçün böyük şərəfdir.Onun sözlərinə görə, görüş zamanı tərəflər Zaporojye Atom ElektrikStansiyasındakı vəziyyəti, həmçinin Ukraynanın enerjiinfrastrukturunun bərpası, o cümlədən Xmelnitski AES-də yeni enerjibloklarının tikintisi və Çernobıldakı yeni təhlükəsizlik örtüyününtəmiri ilə bağlı görülən işləri müzakirə ediblər.

BAEA rəhbəri vurğulayıb ki, agentlik bundan sonra da Ukraynadanüvə təhlükəsizliyinin təmin olunmasına dəstəyini davametdirəcək.

Prezident Zelenski isə qeyd edib ki, Qrossi ilə əsas müzakirəmövzularından biri Enerqodardakı AES-in azad olunması olub.

Ukrayna lideri xatırladıb ki, Rusiya həm Çernobıl AES-ə pilotsuzuçuş aparatları ilə hücum edib, həm də Zaporojye AES-in enerjiblokları, inzibati binaları və digər obyektlərini müxtəlif növ ağırsilahlarla atəşə tutub. Hazırda stansiyanın altı enerji blokununheç biri fəaliyyət göstərmir.

Zelenskinin sözlərinə görə, Rusiyanın bu addımları qlobal nüvətəhlükəsizliyi üçün ciddi təhdid yaradır və bunu unutmamaqvacibdir.

Bundan əlavə, Zelenski və Qrossi “Çernobıl” Milli Muzeyində“Çernobıl: insanlar və mənalar” adlı yeni daimi sərginin açılışmərasimində də iştirak ediblər.

Görüş zamanı həmçinin Ukraynanın nüvə infrastrukturununtəhlükəsizliyinin təmin olunması üçün tərəfdaş ölkələrin gələcəkdəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Seçilən
14
1
az.trend.az

2Mənbələr