AZ

AÇ: Turan Bayramov gümüş medal qazandı - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxacaq.

Apasport.az xəbər verir ki, bu gün 4 idmançımız qızıl medal uğrunda mübarizə aparacaq, 1 güləşçimiz isə bürünc medal görüşünə çıxacaq.

İlk olaraq Turan Bayramov (74 kq) Taymuraz Salmazanovla (Slovakiya) qarşılaşıb. Təmsilçimiz rəqibinə 2:4 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.

Arseniy Djioyev (86 kq) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125 kq) isə Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.

Nurəddin Novruzov (61 kq) isə bürünc medal görüşündə italiyalı Simyone Pirodduya "tuş"la məğlub olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) isə medal qazanıb.

AÇ: Günay Qurbanovadan bürünc medal - YENİLƏNİB

Qurban Qurbanov: "Hər iki çempionluğum mənə əzizdir"

Milli komandamız Avropa çempionu olub: 2 qızıl, 3 bürünc

AÇ: Qurban Qurbanov və Həsrət Cəfərov Avropa çempionu oldu - YENİLƏNİB

Günay Qurbanova üçün bürünc şansı - YENİLƏNİR

Seçilən
5
3
apasport.az

10Mənbələr