AZ

Tramp sui-qəsdçinin “xristianlara nifrət etdiyini” iddia edib

ABŞ Prezidenti silahlı hücumda şübhəli bilinən şəxsin dini motivli nifrətə malik olduğunu bildirib...

ABŞ Prezidenti Donald Tramp silahlı hücumda şübhəli bilinən şəxsin yazdığı iddia edilən “manifest”ə istinad edərək onun xristianlara qarşı dərin nifrət bəslədiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Trampın sözlərinə görə, həmin sənəddə xristianlara qarşı yönəlmiş fikirlər yer alıb. “Onun manifestini oxuyanda aydın olur ki, o, xristianlara nifrət edir. Bu dəqiqdir. Hətta onun bacısı və ya qardaşı da bundan şikayət edib və hüquq-mühafizə orqanlarına müraciət edib. O, çox problemli bir insan olub”, deyə ABŞ prezidenti bildirib.

ABŞ-nin müvəqqəti baş prokuroru Todd Blanş da təsdiqləyib ki, şübhəlinin “bəzi yazılı materialları” mövcuddur və istintaq orqanları bu materialları araşdırır.

Tramp Fox News telekanalına müsahibəsində qeyd edib ki, hüquq-mühafizə orqanlarının əlində kifayət qədər etibarlı məlumat var və şübhəlinin motivləri əsasən dini nifrətlə bağlı olub. Onun sözlərinə görə, həmin şəxsin daxilində uzun müddət güclü nifrət hissi formalaşıb və bu, açıq şəkildə anti-xristian baxışlarla əlaqəlidir.

Hazırda hadisənin motivləri və şübhəlinin əlaqələri ilə bağlı araşdırmalar davam edir, hüquq-mühafizə orqanları əlavə detalları dəqiqləşdirir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr