AZ

Çindən ABŞ-ın çip qanun layihəsinə reaksiya: Qlobal təchizat zənciri pozula bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABŞ-ın çip qanun layihəsinə reaksiya verir: Qlobal təchizat zənciri pozula bilər.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənmiş, “Avadanlıqlar üçün Texnologiya Nəzarətlərinin Çoxtərəfli Uyğunlaşdırılması (MATCH)” adlandırılan qanun layihəsi və digər ixrac nəzarəti tənzimləmələri ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Çin milli təhlükəsizlik anlayışının həddindən artıq geniş şərh edilməsinə və ixrac nəzarətlərindən sui-istifadə olunmasına qarşıdır. Bildirilib ki, “müvafiq qanun layihələri son nəticədə qanun qüvvəsinə minərsə, beynəlxalq iqtisadi və ticarət nizamına ciddi zərər vuracaq, qlobal yarımkeçirici sektorunda sənaye və təchizat zəncirlərinin sabitliyinə mənfi təsir göstərəcəkdir”.

Açıqlamada həmçinin vurğulanıb ki, Çin qanunvericilik prosesini yaxından izləyəcək, bunun öz maraqlarına təsirini diqqətlə qiymətləndirəcək və Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli qarşı tədbirlər görəcək.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılaraq parlamentə təqdim olunması qərara alınan qanun layihəsi çip istehsalında istifadə olunan avadanlıqların Çinə satışına dair mövcud tənzimləmələrdəki boşluqları aradan qaldırmaq məqsədilə yeni ixrac nəzarətləri tətbiq olunmasını və Çindəki istehsal müəssisələrinə avadanlıq satan xarici şirkətlərin bu məhdudiyyətlərə riayət etməsini təmin edən tədbirləri nəzərdə tutur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
18
1
banco.az

2Mənbələr