AZ

Tramp: İranın neft infrastrukturu üç günə çökə bilər...

ABŞ Prezidenti Tehrana sərt mesajlar verərək müharibənin tezliklə başa çatacağını və Vaşinqtonun üstün mövqedə olduğunu bildirib…

Poliqon xəbər verir ki, bu barədə açıqlamanı ABŞ Prezidenti Donald Tramp verib. O, İranın neft infrastrukturu ilə bağlı kəskin iddia səsləndirərək bildirib ki, ölkənin enerji sistemi yaxın günlərdə ciddi zərbə ala bilər.

Trampın sözlərinə görə, İranla münaqişə çox tezliklə başa çatacaq və ABŞ bu qarşıdurmadan “böyük qələbə” ilə çıxacaq. O, İran rəhbərliyini “çox qeyri-müəyyən və anlaşılması çətin” adlandıraraq qeyd edib ki, bəzən qarşı tərəfin kimlə təmsil olunduğunu anlamaq mümkün olmur.

ABŞ Prezidenti bildirib ki, əgər İran tərəfi dialoqa hazırdırsa, Vaşinqtonla əlaqə saxlaya bilər və danışıqlar hətta telefon vasitəsilə də aparıla bilər. Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcək və bu istiqamətdə görülən tədbirlərin daha əvvəl həyata keçirilməli olduğunu qeyd edib.

Onun fikrincə, hazırda bütün üstünlüklər ABŞ-nin tərəfindədir və İranın “heç bir kozır kartı yoxdur”. Tramp əlavə edib ki, İran məsələsi üzrə bəzi tərəfdaşlar rasional yanaşma nümayiş etdirsə də, digərləri eyni mövqedə deyil.

ABŞ Prezidenti həmçinin ümid etdiyini bildirib ki, vəziyyət hərbi qarşıdurmanın daha da genişlənməsinə gətirib çıxarmayacaq və İran rəhbərliyinin qalıqları ilə birbaşa hərbi toqquşmaya ehtiyac qalmayacaq. O, qeyd edib ki, ABŞ-nin İranla bağlı atdığı addımlar təkcə milli maraqlara deyil, eyni zamanda qlobal təhlükəsizliyə xidmət edir.

Poliqon.info

Seçilən
44
50
poliqon.info

10Mənbələr