Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ dəniz qanunu istisnasını 90 gün müddətinə uzadıb.
Banco.az xəbər verir ki, ABŞ administrasiyası enerji bazarında yaranan fasilələrin təsirini azaltmaq məqsədilə ABŞ limanları arasında daşımada Amerika gəmilərinin istifadəsini məcburi edən “Cons Qanunu”na tətbiq edilən istisnanın müddətini daha 90 gün uzadıb.
Ağ Evin mətbuat katibinin müavini Teylor Rocers məsələ ilə bağlı sosial media hesabında açıqlama verib.
Rocers bildirib ki, ABŞ Prezidenti Donald Tramp “Cons Qanunu” çərçivəsində tətbiq olunan istisnanın müddətinin 90 gün uzadılması barədə qərar qəbul edib.
O qeyd edib ki, ilkin istisna qüvvəyə mindikdən sonra əldə olunan məlumatlar ABŞ limanlarına təchizatın daha sürətli və daha böyük həcmdə çatdığını göstərir. Rocers əlavə edib: “Bu istisnanın uzadılması həm ABŞ iqtisadiyyatı, həm də qlobal iqtisadiyyat üçün proqnozlaşdırıla bilənlik və sabitlik təmin edir.”
Bizi sosial şəbəkələrdən izləyin!!