AZ

Azərbaycan hakimləri Türkiyədə yoxlama matçı idarə etdilər

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan futbol hakimləri ilk yoxlama oyunlarını idarə ediblər.

Futbolpress.az xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub. Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
futbolpress.az

1Mənbələr