AZ

Milli çempionatların oyunları xaricdə keçirilə bilər

style='margin-bottom:10px;'>

Milli çempionat oyunlarının yaxın gələcəkdə ölkələrin hüdudlarından kənarda keçirilməsinə icazə verilə bilər.

QOL.az xəbər verir ki, "The Guardian" nəşrinin yaydığı məlumata görə, milli liqalara xaricdə matçlar təşkil etməyə icazə veriləcək. Lakin bu, bir mövsüm ərzində bir dəfədən çox olmamalıdır. Həmçinin ev sahibi ölkələrin bir mövsümdə digər liqalarla bağlı maksimum 5 oyuna ev sahibliyi etməsi gözlənilir.

FİFA-nın işçi qrupu tərəfindən hazırlanan yeni layihə bu məsələnin həlli üçün konkret qaydaların tətbiqinə yönəlib. Xatırladaq ki, daha əvvəl İspaniya La Liqası və İtaliya A Seriyası bəzi oyunlarını ABŞ və Avstraliyada keçirməyi planlaşdırsa da, bir sıra etirazlardan sonra həmin planlar ləğv edilib.

Qeyd edək ki, yeni layihəyə əsasən, rəsmi matçın başqa dövlətə keçirilməsi ilə bağlı hər hansı sorğu yalnız bütün əsas maraqlı tərəflərin razılığı ilə nəzərdən keçiriləcək və bu məsələdə FİFA veto hüququna malik olacaq. Yeni qaydaların böyük ehtimalla növbəti mövsümdən qüvvəyə minəcəyi bildirilir.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr