AZ

Ərdoğan Tramp ilə Vaşinqtondakı atışmanı müzakirə edib

BAKI, 26 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Vaşinqtonda baş verən silahlı insidenti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan söhbət zamanı Trampa Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda baş verən hücumla bağlı dəstək ifadə edib.

Türkiyə lideri hadisəni demokratiya və söz azadlığına qarşı alçaq hücum kimi qiymətləndirib və yaralanan təhlükəsizlik əməkdaşının tezliklə sağalacağına ümid etdiyini bildirib.

Seçilən
62
teleqraf.com

1Mənbələr