AZ

“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı məğlub edib

Türkiyə Superliqasında İstanbul derbisi “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb.

 

“Sarı-qırmızılar” öz meydanında “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edib.

 

Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.

 

Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

 

“Fənərbaxça” isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Tarix: 26 Aprel 2026, 23:45   
Seçilən
33
7
pravda.az

10Mənbələr