AZ

Ərdoğan Trampa zəng edib

Türkiyə Prezidenti Vaşinqtonda baş vermiş silahlı hücum cəhdi ilə bağlı həmrəylik ifadə edib…

Poliqon xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Məlumata görə, Ərdoğan Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının tədbiri zamanı baş vermiş silahlı hücum cəhdi ilə bağlı Trampa həmrəylik ifadə edib. O, baş verən hadisəni qınadığını və Türkiyənin ABŞ ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Türkiyə lideri belə halların qəbuledilməz olduğunu qeyd edərək, terror və zorakılığın bütün formalarına qarşı mübarizənin vacibliyini diqqətə çatdırıb. Tərəflər arasında keçirilən telefon danışığında regional təhlükəsizlik məsələlərinin də müzakirə olunduğu ehtimal edilir.

Hadisə ilə bağlı ABŞ hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir və əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Poliqon.info

Seçilən
76
50
poliqon.info

10Mənbələr