AZ

Politico: FTB direktoru Kaş Patel vəzifəsindən uzaqlaşdırıla bilər...

Ağ Evdəki yüksəkvəzifəli mənbə bildirir ki, Patelin vəzifədın alınması artıq zaman məsələsinə çevrilib...

Poliqon xəbər verir ki, Politico nəşrinin Ağ Evdəki yüksəkvəzifəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırıla bilər.

Mənbənin sözlərinə görə, bunun əsas səbəbi son aylarda Patel haqqında mediada yayılan mənfi materialların sayının artmasıdır. Bildirilir ki, həmin xəbərlər və tənqidi yazılar ABŞ Prezidenti Donald Trump tərəfindən narazılıqla qarşılanır.

Ağ Ev rəsmisi qeyd edib ki, dövlət başçısı bu vəziyyətdən ciddi şəkildə narahatdır və Patelin postunu itirməsi “yalnız zaman məsələsi” kimi qiymətləndirilir. Bu ifadə administrasiya daxilində onun gələcəyi ilə bağlı qərarın artıq formalaşdığına işarə kimi dəyərləndirilir.

Nəşr yazır ki, Kaş Patel uzun müddətdir Trampın yaxın çevrəsinə daxil olan şəxslərdən biri hesab olunur. Buna baxmayaraq, Vaşinqtonda son dönəmdə artan siyasi təzyiq və mediada formalaşan mənfi fon onun mövqelərini zəiflədib.

Hələlik Ağ Ev və FTB tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin ABŞ siyasi dairələrində Patelin mümkün istefası və ya vəzifədən azad olunması barədə müzakirələr güclənməkdə davam edir.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr