AZ

Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin patrul gəmisi texniki problemlər səbəbindən istəmədən Narva çayının Rusiyaya məxsus hissəsinə keçib, lakin heyət gəmini Estoniya akvatoriyasına qaytarmağı bacarıb.

Bu barədə quruma istinadən ERR milli teleradio yayım şirkətinin portalı məlumat yayıb.

Məlumata görə, Narva çayında, Narva-Yıesu ərazisində növbə çəkən patrul katerində texniki nasazlıq yaranıb. Bunun nəticəsində göyərtəsində üç heyət üzvü olan gəmi Rusiya ərazi sularına sürüklənib.

"Sərt külək səbəbindən hətta atılmış lövbərin köməyi ilə belə kateri yerində saxlamaq mümkün olmayıb", - deyə yerli hakimiyyət nümayəndəsi izah edib və hadisə barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinə məlumat verildiyini dəqiqləşdirib.

Təxminən 15 dəqiqə sonra heyət gəmini yenidən akvatoriyanın Estoniya hissəsinə istiqamətləndirə bilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
3
cebheinfo.az

4Mənbələr