AZ

Trampa hücumun pərdəarxası – şübhəlinin məktubu ifşa olundu

Vaşinqtondakı "Vaşinqton Hilton Hotel"-də baş verən silahlı insidentlə bağlı yeni detallar üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə Fox News jurnalisti Jacqui Heinrich məlumat yayıb.

Məlumata görə, hücumda şübhəli bilinən Koul Allen hadisədən əvvəl ailə üzvlərinə məktub – məqsəd və niyyətlərini açıqlayan yazılı bəyanat göndərərək planlarını açıqlayıb. Həmin sənəddə onun Donald Tramp administrasiyasının rəsmilərinə qarşı sui-qəsd hazırladığı qeyd olunub.

Jurnalistin bildirdiyinə əsasən, Allenin qardaşı bu məktub barədə polisə məlumat verib. Bundan sonra hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlayıb.

Eyni məlumat CBS News tərəfindən də təsdiqlənib. Bildirilir ki, ABŞ Məxfi Xidməti şübhəlinin bacısı Avriana Alleni dindirib. Onun sözlərinə görə, Koul Allen tez-tez radikal fikirlər səsləndirir və mütəmadi olaraq atıcılıq məşqlərinə gedirdi.

 

Musavat.com

Seçilən
35
17
musavat.com

10Mənbələr