Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsrailin son 24 saat ərzində Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində 13 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Son sutkada 30 livanlı yaralanıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan mülki şəxslərin ümumi sayı 2509-a, yaralılar isə 7755-ə çatıb".
Səhiyyə Nazirliyi İsrailin yaşayış məntəqələrini və infrastrukturu davamlı olaraq intensiv bombalamasını nəzərə alaraq, ölənlərin sayının artacağını istisna etmir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.