AZ

Klub və azarkeşlərdən 27 illik əməkdaşa vida: Təsirli anlar yaşandı

Niderlandda “Qou Ehed İqls” ilə AZ Alkmar arasında keçirilən və 0:0 hesabı ilə başa çatan oyunda duyğusal anlar yaşanıb.

Publika.az xəbər verir ki, görüşün əsas hadisəsi oyun yox, klubun 27 il ərzində komandanın formalarına cavabdeh olan əməkdaşı Karla Vittinin xüsusi şəkildə yola salınması olub.

Azarkeşlər klub rəhbərliyi ilə birlikdə onun üçün sürpriz hazırlayıblar. Tribunada böyük banner açılıb, fanatlar isə onun şərəfinə mahnı oxuyaraq uzun illər ərzində kluba göstərdiyi sədaqətə görə təşəkkür ediblər.

Stadionda emosional atmosfer hökm sürüb, çünki Vitti bu illər ərzində komandanın ayrılmaz hissəsinə çevrilmişdi.

Seçilən
62
50
publika.az

10Mənbələr