sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün Tovuzda keçiriləcək oyunda Misli Premyer Liqasında 3-cü yerin taleyi müəyyənləşə bilər. Sport24.az xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Zirə"ni qonaq edir.
Bu görüş ərəfəsində aktivində 55 xal olan "boz qurdlar", 4-cü yerdə olan "qartallar"dan 10 xal irəlidədir. Çempionatın sonuna 4 tur qaldığını nəzərə alsaq, tovuzlular bu qarşılaşmadan 3 xalla ayrılacağı halda "bürünc"ü rəsmiləşdirəcəklər.
Qeyd edək ki. matçın start fiti saat 18:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIX tur
18:00. "Turan Tovuz" - "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin BayramovVAR: Fərid HacıyevAVAR: Teymur TeymurovHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Mübariz HüseynovTovuz. Şəhər stadionu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.