AZ

İstanbulda maraqlı panika: yüksək musiqini zəlzələ sandılar - VİDEO

İstanbulda baş verən qeyri-adi hadisə qısa müddətdə təşvişə səbəb olub. Kafedə oturan insanlar qəfil panikaya düşərək çölə qaçıb.

Musavat.com xəbər verir ki, hadisə Sultangazi rayonunda qeydə alınıb. Məlumata görə, ərazidən keçən avtomobildə musiqi səsi o qədər yüksək olub ki, yaxınlıqdakı kafedə şüşələr titrəməyə başlayıb. 

Bu vəziyyət ziyarətçilər arasında zəlzələ baş verdiyi təəssüratı yaradıb. Nəticədə insanlar təşviş içində obyektdən qaçaraq küçəyə çıxıblar, bu zaman masalar və stullar da aşaraq dağılıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Yerli media isə bu hadisəni yüksək səsin yaratdığı panika kimi qiymətləndirir.

 

Musavat.com

Seçilən
33
40
musavat.com

10Mənbələr