AZ

Çadın şərqində icmalararası qarşıdurmalarda 42 nəfər həlak olub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 aprel, AZƏRTAC

Çadın şərqində icmalararası toqquşmalar nəticəsində 40-dan çox insan həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Vadi Fira bölgəsində baş verib. Bölgənin hökumət sözçüsü Brahim İssa Qalmayeh bildirib ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra başlayıb. Nəticədə azı 42 nəfər həyatını itirib.

Çadın şərqində torpaq, mal-qara və su resurslarına çıxış uğrunda icmalararası qarşıdurmalar geniş yayılıb. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, 2021–2024-cü illər arasında bu cür münaqişələr 1000-dən çox insanın ölümünə və təxminən 2000 nəfərin yaralanmasına səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
12
azertag.az

10Mənbələr