AZ

Tramp Ukrayna müharibəsindən danışdı:“...həll olunacaq”

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə konstruktiv danışıqlar apardığını açıqlayıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə o, “Fox News” kanalına müsahibəsində bildirib. D.Tramp bildirib ki, ABŞ hazırda Rusiya və Ukrayna ilə bağlı vəziyyətlə yaxından məşğuldur və münaqişənin həll olunacağına ümid edir: “Putinlə və Zelenski ilə də danışıqlar aparıram və bunlar müsbət tonda baş tutan müzakirələrdir”.

ABŞ prezidenti onu da əlavə edib ki, Putin və Zelenski arasındakı qarşılıqlı nifrət vəziyyəti daha da çətinləşdirir:

“Putinlə Zelenski arasındakı nifrət absurddur. Bu, məntiqsizdir. Xüsusilə də bir problemi həll etməyə çalışanda, nifrət buna mane olur. Amma sonda bu məsələ həll olunacaq”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
1
bakivaxti.az

2Mənbələr