AZ

İran ABŞ-a yeni təklif göndərdi

Tehran münaqişənin həlli məqsədilə Vaşinqtona yeni təklif təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İran nümayəndələri Pakistandakı vasitəçilər vasitəsilə ABŞ tərəfinə yeni təklif çatdırıblar.

Portal yazır ki, bu təşəbbüs danışıqlardakı mövcud durğunluğu aradan qaldırmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün hazır olduğu nüvə güzəştləri ilə bağlı fikir ayrılıqlarını azaltmağa yönəlib.

Təklifdə ABŞ tərəfindən tətbiq olunan blokadanın qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların irəlilədilməsi nəzərdə tutulur.

Seçilən
7
2
publika.az

2Mənbələr