AZ

II Liqa: 24-cü turun daha 2 oyunu keçiriləcək

Azərbaycan II Liqasında 24-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha 2 görüş keçiriləcək.

Əvvəlcə "Araz-Saatlı" "Göygöl"ü sınağa çəkəcək. Yarım saat sonra başlayacaq oyunda isə "Şəki Siti" ilə "Ağdaş" münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, ötən gün start götürən turun açılış oyunlarında "Dinamo" "Şirvan"ı 5:0, "Kür-Araz" isə "Ağstafa Gəncləri"ni 1:0 hesabı ilə üstələyib.

Azərbaycan II Liqası
24-cü tur
27 aprel 

“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu, 16:00.


“Şəki Citi” – “Ağdaş”
Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Seçilən
40
fanat.az

1Mənbələr