AZ

Çinin Ticarət Nazirliyi AB-dən ölkə şirkətlərinin Rusiyaya qarşı sanksiyalardan azad edilməsini tələb edib

.

Çinin Ticarət Nazirliyi Avropa Birliyinə xəbərdarlıq edib ki, Pekin Rusiyaya qarşı 20-ci sanksiyalar raunduna daxil olan Çin şirkətlərinin və fərdlərinin maraqlarını qorumaq üçün tədbirlər görəcək.

"Politico"nun məlumatına görə, dünən yayımlanan açıqlamada Çinin Ticarət Nazirliyi AB-ni "təkəbbürlü davranışda" və Çin-Avropa ticarət münasibətlərində gərginliyin artmasında günahlandırıb. Bəyanatda deyilir: "Çin AB-ni dərhal Çin şirkətlərini və fərdlərini sanksiyalar siyahısından çıxarmağa çağırır".

Ötən həftə təsdiqlənən 20-ci raund AB sanksiyalarına daha 20 Rusiya bankı daxil idi. Bundan əlavə, sanksiyalar genişləndirilərək Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 58 hüquqi şəxs və fərdə, eləcə də Çin və BƏƏ-dən olan şirkətlər də daxil olmaqla 60-dan çox şirkətə şamil edilib.

Əziz MUSTAFA

Seçilən
5
1
oxumeni.az

2Mənbələr