AZ

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır!

Azərbaycan və Ukrayna arasında münasibətlər tarix boyu dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmışdır. Hər iki ölkə keçmiş Sovet İttifaqı məkanında yerləşdiyi üçün oxşar inkişaf mərhələlərindən keçərək, müstəqillik əldə etdikdən sonra isə beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirməyə çalışmışdır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Qəbələdə keçirilən görüşlərdə bir daha bu səfərin siyasi, iqtisadi və strateji əhəmiyyəti dövlət başçıları tərəfindən vurğulandı.

Prezident Zelenskinin ölkəmizə bu səfəri siyasi baxımdan mühüm mesajlar daşıyır. Müasir dövrdə Ukraynanın üzləşdiyi təhlükəsizlik məsələləri fonunda Azərbaycan kimi strateji tərəfdaşla əlaqələrin gücləndirilməsi Ukrayna üçün prioritet istiqamətlərdən biridir.Həmçinin, Azərbaycan da öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına daim dəstək verdiyini nümayiş etdirir. Bu çərçivədə iki ölkə arasında qarşılıqlı siyasi dəstək və diplomatik həmrəylik xüsusi vurğulanır.

Səfər çərçivəsində Azərbaycan və Ujrayna dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdilər. Ölkə başçısı cənab İlham Əliyev çıxışında vurğuladı ki, dövlət başçıları arasında görüşlər son dövlərdə müntəzəm xarakter alıb. Son dörd ildə yeddi dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq platformalarda baş tutan təmaslar iki ölkə arasında yüksək səviyyəli dialoqun davamlı olduğunu göstərir.

Səfər çərçivəsində müzakirə olunan əsas istiqamətlər iqtisadi və energetika sahəsində əməkdaşlıq, ticarət əlaqələrinin inkişafı, hərbi texniki əməkdaşlıq olub.

Münasibətlərin bugünkü vəziyyətini ümumilikdə müsbət və inkişafyönlü kimi qiymətləndirmək olar. Ukrayna Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Mövcud şəraitdə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın bundan sonrada inkişaf edəcəyi gözlənilir.Bu da regionda sabitlik və əməkdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Seçilən
15
redaktor.az

1Mənbələr