AZ

Rusiya Odessaya zərbə endirdi: Yaralananlar var – FOTO

Rusiya Silahlı Qüvvələrinin Odessaya endirdiyi zərbə nəticəsində 10 nəfər tibbi yardım üçün müraciət edib.

Bizim.Media xəbər verir ki, yaralananlar arasında 2 uşaq da var.
 

Məlumata görə, ən çox dağıntı Primorsk rayonunda qeydə alınıb. Burada yaşayış evləri, hotel və şəhərin mərkəzində yerləşən bir sıra obyektlər zərər görüb.


Bildirilib ki, xəsarət alanların əksəriyyəti, o cümlədən uşaqlar da məhz bu rayonda olub.

Həmçinin Hacıbəy və Kiyev rayonları da zərbəyə məruz qalıb. Həmin ərazilərdə çoxmərtəbəli yaşayış binalarına, fərdi evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.








Bizim.Media

Seçilən
47
bizim.media

1Mənbələr