AZ

CENTCOM: ABŞ qoşunları İran limanlarından çıxan 38 gəmini geri qaytarıb

CENTCOM:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İranın dəniz blokadası başlanandan bəri Amerika qüvvələri tərəfindən 38 gəmiyə geri dönmək və ya limana qayıtmaq əmri verilib.

Xalqcebhesi.az -ın xəbərinə görə, CENTCOM-un "X" sosial şəbəkəsindəki paylaşımında deyilir ki, ABŞ qüvvələri sanksiyaları tətbiq etməyə və İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin blokadasını həyata keçirməyə davam edir.

"Amerika qüvvələri İran limanlarını blokada saxlamağa davam edərək, gəmilərin daxil olmasına və çıxmasına imkan vermir. Amerika qüvvələri 38 gəmiyə geri dönmək və ya limana qayıtmaq əmri verib", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva

Seçilən
14
1
xalqcebhesi.az

2Mənbələr