ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Donald Trampın qəbulunda atəş açan silahlı şəxs iki maddə ilə ittiham olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş CNN teleknalına verdiyi müsahibədə bildirib.
O, həmin şəxsin ABŞ Prezidentinə sui-qəsd cəhdində ittiham oluna biləcəyini irəli sürüb.
Blanş əlavə edib ki, ilkin araşdırmaya görə, şübhəlinin ABŞ prezident administrasiyasının üzvlərini hədəf aldığı görünür.
Blanşın sözlərinə görə, istintaq hələ ki, atəş açan şəxsin kimi öldürmək niyyətində olduğunu müəyyən etməyib.
Şübhəlinin aprelin 27-də məhkəmə qarşısına çıxacağı gözlənilir.
Digər tərəfdən, Kol Tomas Allenin ABŞ administrasiyasının rəsmilərini təhdid edən yazılı manifest hazırladığı məlum olub. Bu barədə “Fox News” telekanalının əməkdaşı Jaklin Heynriç Ağ Evin məlumatlarına istinadla sosial şəbəkə hesablarında məlumat yayıb.
“Şübhəlinin yazılı manifestində administrasiya rəsmilərini hədəf almaq istədiyi açıq şəkildə bildirilir”, - deyə o qeyd edib.
Jurnalistin sözlərinə görə, şübhəli bu manifesti qohumlarına hadisədən bir müddət əvvəl göndərib.
Qeyd edək ki, atışma 25 apreldə Trampın da iştirak etdiyi Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verib. Silahlı şəxs otağa girməyə cəhd göstərib və atəş açaraq Məxfi Xidmət zabitini yaralayıb. Şübhəli hadisə yerində saxlanılıb; prezident xəsarət almayıb.
Atıcının 31 yaşlı video oyun tərtibatçısı və müəllim Kol Tomas Allen olduğu müəyyən edilib. O, 2024-cü ilin “Ayın müəllimi” mükafatını alıb və Kamala Harrisin prezidentlik kampaniyasına ianə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.