Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını “Washington Hilton” hotelindəki qəbulu zamanı atışma olub.
Hadisə nəticəsində tədbirdə iştirak edən prezident Donald Trump, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.
Hadisə ölkə daxilində geniş rezonans doğurub.
İlkin reaksiyalar insidenti təhlükəsizlik boşluğu kimi qiymətləndirsə də, bəzi ekspertlər məsələnin siyasi aspektlərinin də nəzərə alınmalı olduğunu bildirirlər.
Gununsesi.info-ya danışan siyasi şərhçi Kamran Cəfərovun sözlərinə görə, ABŞ-də bu tip hadisələr çox zaman yalnız təhlükəsizlik problemi kimi deyil, eyni zamanda siyasi kontekstdə də dəyərləndirilir:
“Belə hallarda ‘bu kimə sərf edir?’ sualı qaçılmaz şəkildə gündəmə gəlir. ABŞ siyasətində insidentlər tez-tez siyasi dividendlərə çevrilir”.
Onun fikrincə, hadisənin vaxtı xüsusi diqqət çəkir.
Belə ki, son aylarda Donald Trampın Ağ Evdə yeni və müasir bal zalının tikintisi ilə bağlı təşəbbüsü məhkəmə mübahisələri ilə üzləşib. Federal məhkəmə tərəfindən layihənin dayandırılması qərarı verilib və bu qərar apellyasiya instansiyası tərəfindən də müvəqqəti qüvvədə saxlanılıb.
Cəfərov hesab edir ki, məhz bu fonda baş verən insident Tramp üçün əlavə arqument imkanı yaradır:
“Açıq və yarıaçıq məkanlarda keçirilən tədbirlərin riskli olduğu fikri ön plana çəkilir. Bu isə təhlükəsizlik baxımından optimallaşdırılmış qapalı bal zalının zəruriliyini əsaslandırmaq üçün istifadə oluna bilər. Hadisədən dərhal sonra Trampın bu məsələ ilə bağlı açıqlama verməsi və tərəfdarlarının layihəni yenidən gündəmə gətirməsi də diqqət çəkən məqamlardandır”, – deyə o qeyd edib.
Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanları insidentin detalları üzərində araşdırmalarını davam etdirir. Hadisənin motivləri və mümkün əlaqələri ilə bağlı rəsmi açıqlamaların yaxın günlərdə verilməsi gözlənilir.
Orxan
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.