
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Zəlzələnin episentri Hokkaydo prefekturasının Cənubi Tokaçi bölgəsində olub. Sunami təhlükəsi barədə məlumat verilməyib.
Zərərçəkənlər barədə hələlik dəqiq məlumat yoxdur.
İlahə Qənbərli
Missiya.Az