AZ

Rusiyada xidməti maşın gəlmədi, polis qayda pozanı görün necə bölməyə apardı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada qeyri-adi hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, yayılan videogörüntülərdə polis əməkdaşının saxladığı şəxsi bölməyə aparmaq üçün ictimai nəqliyyatdan istifadə etdiyi əks olunub. Kadrlarda qolu qandallı şəxs və onu müşayiət edən polis əməkdaşının sakit şəkildə avtobusa mindiyi, sərnişinlər üçün nəzərdə tutulan yerlərdə əyləşərək yoluna davam etdiyi görünür.

Görüntülər qısa müddətdə geniş yayılaraq istifadəçilər arasında maraqlı reaksiyalar doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri hadisəni qeyri-adi və diqqətçəkən hal kimi qiymətləndirsə də, digərləri bunu polis əməkdaşının vəziyyəti nəzarətdə saxladığının göstəricisi kimi şərh ediblər.

Hadisənin hansı şəhərdə baş verdiyi və əlavə təfərrüatlar barədə rəsmi açıqlama verilməyib. Bununla belə, videogörüntü ictimai nəqliyyatda baş verən qeyri-adi hadisələrdən biri kimi diqqət çəkməyə davam edir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
avtosfer.az

1Mənbələr