AZ

Premyer Liqa klubunun baş məşqçisi özünü Çelsi yə təklif etdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bornmut"un baş məşqçisi Andoni İraola "Çelsi"ni çalışdırmaq istədiyini bildirib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, "albalılar"ın baş məşqçisi karyerasını "Çelsi"də davam etdirmək imkanını ciddi şəkildə nəzərdən keçirir. İspan mütəxəssis xidmətini London klubuna təklif edib. Ümumiyyətlə, o, məşqçilik karyerasını Premyer Liqada davam etdirmək istəyir.

Bu arada, "Çelsi" mövsümün sonunda "Bornmut"dan ayrılacaq 43 yaşlı məşqçi ilə danışıqlara başlamaq üçün hələlik heç bir konkret addım atmayıb.

Qeyd edək ki, İraola 2023-cü ilin yayından bəri "Bornmut"u çalışdırır. Onun komandası hazırda Premyer Liqanın 34 oyunundan sonra 49 xalla turnir cədvəlində yeddinci yerdədir və 48 xalla səkkizinci yerdə olan "Çelsi"dən bir addım geri qalır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
13
fanat.az

10Mənbələr