AZ

FTB rəhbəri istefa verə bilər “Politico”

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel tezliklə vəzifəsindən istefa verə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti rəsmi şəxsə istinadla məlumat verib.

Nəşrin mənbəsi bildirib ki, bu, sadəcə olaraq zaman məsələsidir.

Onun sözlərinə görə, Patelin istefa verməsinin əsas səbəblərindən biri onun haqqında çoxlu sayda neqativ nəşrlərin olmasıdır.

Rəsmi şəxs qeyd edib ki, bu cür materiallar kabinet naziri üçün qənaətbəxş sayılmır və ABŞ Prezidenti Donald Tramp kəşfiyyat agentliyi direktoru ilə bağlı qalmaqalların daim diqqəti yayındırmasından məmnun deyil.

Federal Təhqiqat Bürosu isə Patelin gələcəyi ilə bağlı məlumatlara şərh verməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
yeniavaz.com

2Mənbələr