ain.az bildirir, Ayna saytına əsaslanaraq.
142 metrlik “Nord” superyaxtası Dubaydan yola düşüb və boğazdan keçərək Omana doğru hərəkət edib
“Severstal” şirkətinin əksər səhmdarı olan rusiyalı milyarder Aleksey Mordaşovun yaxtası ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından bəri gəmiçilik üçün faktiki olaraq bağlanmış Hörmüz boğazından maneəsiz keçib. AYNA.AZ xəbər verir ki, “Vesselfinder” və “Marinetraffic” trafik izləmə xidmətlərinin məlumatlarına görə, 142 metrlik “Nord” superyaxtası Dubaydan yola düşüb və boğazdan keçərək Omana doğru hərəkət edib.
“NBC News”un məlumatına görə, yaxtanı ABŞ sanksiyaları altında olan iki tanker, beş yük gəmisi (biri İran gəmisi daxil olmaqla) və Omandan gələn sərnişin gəmisi müşayiət edib.
Bu həftə Aleksey Mordaşov “Forbes” jurnalının Rusiyanın ən varlı insanları siyahısında birinci yerə yüksəlib və jurnal onun sərvətini 37 milyard dollar qiymətləndirib. Nəşr qeyd edib ki, rusiyalı milyarderin xalis sərvəti reytinq tarixində ilk dəfə 30 milyard dolları keçib. Milyarder ABŞ, Böyük Britaniya və Aİ tərəfindən sanksiyalara məruz qalır. Onun "Nord" yaxtası Almaniyanın "Lürssen" gəmiqayırma zavodunda inşa edilib və məhdudiyyətlər tətbiq edildikdən sonra Rusiyada yenidən qeydiyyata alınıb.
Xatırladaq ki, İranın Moskvadakı səfiri Tehranın Rusiya gəmiləri üçün istisna etdiyini və onların Hörmüz boğazından rüsum ödəmədən keçməsinə icazə verdiyini açıqlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.