Bu gün Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, müzakirəyə çıxarılacaq deputatlar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələni də müzakirə edəcəklər.
Qeyd edək ki, artıq Yeni Azərbaycan Partiyası ilə yanaşı parlamentdə azlıq təşkil edən partiyaların, eləcə də Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
Belə ki, YAP-ın İdarə Heyətinin növbəti iclasında hakim partiyanı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
Parlamentdə azlıq təşkil edən partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) - Tofiq Həsənov, İlkin Şahbazov.
Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı isə Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) MSK üzvlüyünə yeni namizədləridirlər.
Onu da bildirək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.
Əli Hüseynov