AZ

Komandasının oyununa əsəbləşib TV ni pəncərədən atdı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Futbol azarkeşi komandasının buraxdığı sonuncu qola elə əsəbiləşib ki, hirsini evdəki televizordan çıxıb və onu sındıraraq bayıra tullayıb.Demokrat.az xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" derbisində yaşanan gərginlik azarkeşlərdən birinin evində xaosla nəticələnib. Rəqib komandanın vurduğu üçüncü qoldan sonra özünü idarə edə bilməyən azarkeş stress keçirib.O, əvvəlcə qarşısındakı televizoru yumruqlamağa başlayıb, daha sonra isə onu pəncərədən aşağı atıb. Həmin anlar ətrafdakılar tərəfindən anbaan lentə alınıb.Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə rəy toplayıb. Futbol həyəcanının bu dərəcədə idarəolunmaz həddə çatması müzakirələrə səbəb olub. Görünən odur ki, derbi sonrası gərginlik təkcə stadionda deyil, ekran qarşısında da pik həddə çatıb.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
demokrat.az

1Mənbələr