AZ

Rusiya Odessaya kütləvi zərbələr endirdi: Çox sayda yaralı və dağıntılar var

Rusiya ordusu Ukraynanın liman şəhəri olan Odessaya "Şahed" tipli pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, intensiv hava hücumu nəticəsində ilkin məlumatlara görə 13 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Dronlar şəhərin üç fərqli rayonunda infrastruktur obyektlərini hədəf alıb.

Zərbələr nəticəsində məşhur "Kador" yaşayış kompleksi, bir otel və bir neçə digər mülki obyekt ciddi zərər görüb. Hadisə yerlərində güclü yanğınlar başlayıb və binalarda ciddi dağıntılar qeydə alınıb. Fövqəladə Hallar Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunaraq yanğınların söndürülməsi və dağıntılar altında qalanların xilas edilməsi üçün əməliyyatlara başlayıblar. Sakinlər gecə boyu sığınacaqlarda qalmaq məcburiyyətində qalıblar.

Yerli rəsmilər hücumun mülki infrastrukturu iflic etmək məqsədi daşıdığını bildirərək, beynəlxalq birliyi bu aktı pisləməyə çağırıblar.

Hazırda Odessada dəymiş ziyanın tam həcmi müəyyənləşdirilir və yaralıların müalicəsi davam etdirilir. Ekspertlər son günlər Rusiyanın Ukraynanın cənub bölgələrinə hava hücumlarını intensivləşdirdiyini qeyd edirlər.

Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr