AZ

“Hörmətin qarşılığı da hörmət olmalıdır” – Musa Qurbanlı

“Maraqlı oyun alındı. “Neftçi” ilə görüşlərimiz derbidir, həmişə gərgin keçir. Stadionda bu gün atmosfer əla idi. Azarkeşlər möhtəşəm idilər. Buna görə də onlara təşəkkür edirəm. Məncə, hamı üçün maraqlı oyun alındı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Neftçi” görüşü sonrası deyib. O, daha sonra belə davam edib:

“Turan Tovuz”la aramızda xal fərqi azalıb. Bu səbəbdən də “Neftçi” ilə matçda mütləq qələbə qazanmalıydıq. Bunun üçün də əlimizdən gələni etdik. Verilən tapşırıqları bu gün üçün yerinə yetirdik”.

Millimizin hücumçusu daha sonra “Neftçi” azarkeşlərinin özlərinə qarşı təhqirəramiz şüarlar səsləndirməsi səbəbindən Emil Balayevə etiraz etməsinindən də danışıb:

“Emil “Neftçi”nin kapitanlarından biridir. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm “Neftçi”yə, həm də komandanın azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq. Çünki “Neftçi” böyük klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Dediyim kimi, biz hörmətlə yanaşırıq. Hörmətin qarşılığı da hörmət olmalıdır. Bu barədə deyəsi başqa sözüm yoxdur”.

Seçilən
35
idmanxeber.az

1Mənbələr