AZ

5 min məhbus həbsdən azad edilib –Neçə nəfər amnistiyaya düşüb?

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı 22 935 şəxsə şamil edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarın icrası başa çatıb: “Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib. Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 935 şəxsə şamil edilib.
Seçilən
29
2
azpost.info

10Mənbələr