AZ

"Onun kimi liderlər Trampın əmri ilə özlərini və ya ölkələrini Rusiyaya satmırlar..."- Britaniya eksperti -FOTO

"Məhz belə fiqurlar Avropanın gələcək təhlükəsizlik arxitekturasını formalaşdıracaq və xarici təhdidlərə qarşı mübarizədə əsas rol oynayacaq..."
 
Ukrayna Prezident Ofisinin rəhbəri kirill budanov peşəkarlığı milli maraqlara tam sədaqətlə birləşdirən güclü və prinsipial liderlərin yeni nəslinə mənsubdur.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu fikri Britaniya hərbi eksperti və Kral Dəniz Qüvvələrinin keçmiş yüksək vəzifəli zabiti Con Forman "The Spectator" üçün yazdığı məqalədə ifadə edib.
Ekspert vurğulayıb ki, bu cür liderlər fövqəladə çətinliklər şəraitində formalaşır və bu, yalnız onların qətiyyətini daha da gücləndirir.
 
Forman qeyd edib ki, "Güc özünəinam yaradır. Budanov kimi müstəsna istedadlı və fədakar liderlərin yeni nəsli Trampın əmri ilə özlərini və ya ölkələrini ruslara satmağa, nə də Avropa ölkəsi olaraq qalmaq istəklərindən əl çəkməyə hazır deyillər".
 
Britaniyalı analitikin fikrincə, məhz belə fiqurlar Avropanın gələcək təhlükəsizlik arxitekturasını formalaşdıracaq və xarici təhdidlərə qarşı mübarizədə əsas rol oynayacaq.
O, həmçinin suverenliyi və demokratik kursu qorumağa çalışan dövlətlər üçün özünəinam və qərar qəbuletmədə müstəqilliyin vacib olduğunu vurğulayıb.
 
S.Laçın
Seçilən
7
1
moderator.az

2Mənbələr