Azərbaycan Premyer Liqasının 29-cu turunda “Turam Tovuz” doğma meydanda “Zirə”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, Tovuz təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq. Emmanuel Hakman və Joarlem Santos cəzalı olduğu üçün matçı buraxacaqlar. Zədəli Roderik Millerin oynayıb-oynamayacağı isə bəlli deyil.
“Zirə”də isə bir itki var – Rüfət Abdullazadə. Futbolçu zədə səbəbindən bugünkü matçda forma geyinə bilməyəcək.
Xatırladaq ki, “Turan-Tovuz” – “Zirə” qarşılaşması bu gün saat 18:00-da start götürəcək.