ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
56-cı Yer Günü bütün dünyada qeyd olunub və bu münasibətlə hindistanlı şairin yazdığı Yer planetini yalnız insanlığın deyil, onunla birlikdə yaşayan bütün canlı növlərin ortaq evi kimi qəbul etməyə çağıran şeir səsləndirilib.
525.az xəbər verir ki, 2008-ci ildə Abhay K. tərəfindən yazılmış əsər müxtəlif qitələrdə oxunub, səsləndirilib.
İran, Azərbaycan, Hindistan, Madaqaskar və digər ölkələrdən gələn səslər Yer Gününü qeyd etmək üçün bu ifaya qoşulub. Bu çərçivədə əsər Maasoomeh Navazani tərəfindən fars dilində, Arzu Əliyeva tərəfindən rus dilində, Dhruv Trivedi tərəfindən sanskrit dilində, Amitabh Singh Baghel və Selcan Xanpaşayeva tərəfindən hindi dilində, Ravaka və Cisca tərəfindən malaqas dilində, Aysun Abdullayeva tərəfindən qazax dilində, Ləman Səfərli, Məryəm İsmayılova, Sabrina Quliyeva, Ləman Qasımova və Nigar Baloğlanlı tərəfindən Azərbaycan dilində, Nərmin Şirəliyeva və Fatimə Səfərova tərəfindən türk dilində, Ləman Verdiyeva tərəfindən bolqar dilində, Elza Axundova tərəfindən ukrayna dilində, Aysel Qasımova tərəfindən fransız dilində, Aytən Hüseynova tərəfindən ispan dilində, Fidan Hüseynzadə tərəfindən alman dilində, Khushbu Zubair tərəfindən kəşmir dilində və digər ifaçılar tərəfindən səsləndirilib.
2008-ci ildə yazılmış əsər qədim hind ideyası olan Vasudhaiva Kutumbakam – “Bütün dünya bir ailədir” fəlsəfəsindən, eləcə də “Apollo 17” missiyası tərəfindən çəkilmiş məşhur “Blue Marble” (Mavi mərmər) görüntüsündən ilhamlanıb. Şeir Yeri “kosmik oazis” və “mavi mirvari” kimi təsvir edir.
Abhay K. on iki bədii kitabın müəllifidir. Onların sırasında Celestial, Stray Poems, Monsoon, The Magic of Madagascar və The Alphabets of Latin America yer alır. O, həmçinin bir sıra beynəlxalq antologiyaların redaktorudur. Onun şeirləri yüzdən çox ədəbi jurnalda dərc olunu. 2013-cü ildə SAARC Ədəbiyyat Mükafatına layiq görülüb, 2018-ci ildə ABŞ Konqres Kitabxanasında şeirlərini səsləndirib.
Onun Kalidasa əsərlərinin tərcümələri ona 2020–21 Kalinga Poeziya Festivalında “İlin Şeir Kitabı” mükafatını qazandırıb. Onun ilk Maqahi romanı Fool Bahadurun tərcüməsi geniş qiymətləndirilib, The Hanuman Chalisa əsərinin tərcüməsi isə Sarojini Naidu adına Şeir Mükafatına layiq görülüb.
Onun 'Penguin Random House' tərəfindən nəşr olunan 'Nalanda: How it Changed the World' kitabı ölkə miqyasında bestseller olub.
Abhay K.-nın Buddizmin “şunyata” fəlsəfəsinə həsr olunmuş rəsmləri Patna Bihar Muzeyində və Yeni Dehli Milli Muzeyində sərgilənib.
ABHAY KUMAR – YER KÜRƏSİ MARŞI
Bizim kosmik vahəmiz
Ərşin mavi incisi tək,
Ən gözəl planetidir kainatın.
Bütün qitələri, okeanları,
Florası, faunası sonunadək
Hamımızın varidatı.
Dayanmışıq bir bütövün
Fərqli çeşidləri kimi.
Fərqlidi mədəniyyətlər,
Etiqadlar və yollar.
Biz insanıq,
Yer kürəsi evimiz.
Bütün insanlar, millətlər,
Hamımız birimiz üçün,
Birimiz hamıdan ötrü
Birləşmişik, mavi mərmər bayrağı
Qaldırıb əllərimiz.
Pərvanə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.